Dünya
ANS PRESS
49 balıqçı itkin düşdü
Sakit okeanda balıqçı gəmisi yoxa çıxıb.
ANS PRESS-in məlumatına görə, yoxa çıxan gəmi Tayvan bayrağı altında üzürmüş.
Heyəti 49 nəfərdən ibarət olan gəmi ilə rabitə fervalın 26-sından kəsilib. Həmin gün kapitan gəmidə zədə aşkar olunduğu haqda məlumat verib.
Verilən məlumata görə, gəmidə 11 Çin, 2 Tayvan, 21 İndoneziya, 13 Fillipin və 2 Vyetnam vətəndəşı var idi.
Balıqçılar yollarına yanvar ayında başlayıblar, onların qayıdışı may ayına planlaşdırılırdı.
MənbəANS PRESS