Dünya

4 yaşlı uşaq atasının silahıyla özünü ağzından vurdu

Metbuat.az

Moskvada 4 yaşlı uşaq travmatik silahla özünü yaralayıb. Lent.az-ın Vesti.ru-a istinadən məlumatına görə, hadisə axşam saatlarında baş verib. Oğlan atasının şkafda gizlətdiyi “OCA” markalı silahını tapıb. Ehtiyatsızlıqdan silah uşağın əlində açılıb və ağzından girib. Kəllə-beyin travması alan uşaq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb. Ehtimal ki, uşağın valideynləri evdə qanunsuz silah saxlamadan məsuliyyətə cəlb olunacaqlar.