36 min dollarlıq it damı (VİDEO)
“Samsung Electronics” sevimli ev heyvanlarına “arzular evi”ni hazırlayıb.
ANS PRESS-in məlumata görə, əsl villahı xatırladan it damının dəyəri 30,6 min dollardır.
Sözügedən it damının təqdimatı ənənəvi olaraq hər ilin mart ayında keçirilən “Crufts dog show”da baş tutacaq. İtlərin builki şousu 5-8 mart tarixlərində keçirilir.
Dam açıq satışa çıxarılmayacaq, şirkətin sosial şəbəkələrdəki səhifələrində keçirilən müsabiqədə mükafat qismində veriləcək.
“Samsung”un mütəxəssisləri it damını hazırlamaq üçün 6 həftə çalışıblar. Onlar itlər üçün ideal evi müəyyənləşdirmək üçün 1500 it sahibinin iştirak etdiyi araşdırma aparıblar.
İt damı iki məkandan ibarətdir: istirahət və əyləncə. "Arzular evi"ndə, süni ot örtüyü, trenajor, hidromasaj vannası, qapı zəngi (it hürüşü) də var.
ANS PRESS