Dünya

А320 təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış işləri davam edir

Metbuat.az

Bakı, 25 mart,

AZƏRTAC

А320 təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış işləri davam edir. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, təyyarənin “qara qutu”larından biri də tapılıb. Zədəli olsa da hazırda Parisdə həmin “qara qutu” üzərində analiz aparılır.


Almaniya Kansleri Angela Merkelin, Fransa Prezidenti Fransua Ollandın və İspaniyanın Baş naziri Mariano Raxoyun təyyarənin qəzaya uğradığı yerə baş çəkəcəkləri gözlənilir.