Dünya

А-320 təyyarəsinin “qara qutu”larından biri də tapıldı

Metbuat.az

Bakı, 25 mart,

AZƏRTAC

А-320 təyyarəsinin qəzaya uğradığı yerdə pilotların öz aralarındakı və aviadispetçerlərlə söhbətlərini qeyd edən özüyazan qurğu tapılıb.

AZƏRTAC

TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Fransanın Marsel rayonu üzrə prokuroru Bris Roben məlumat verib. B.Roben deyib ki, qurğu ekspertlərə təhvil verilib və hazırda analiz aparılır. Buna görə də hər hansı nəticə barədə danışmaq hələ tezdir. Prokurorun sözlərinə görə, qəzanın səbəbi hələ ki qeyri-müəyyən olaraq qalır. Təkcə o məlumdur ki, təyyarə 10-12 kilometr hündürlükdən qəflətən aşağı düşməyə başlayıb.