Ölkə

​30-a yaxın əcnəbi jurnalist işğal altında olan Dağlıq Qarabağa səfər edib

Metbuat.az

Bakı. 25 mart. REPORT.AZ/ 18-23 mart tarixlərində İrəvanda keçirilən qondarma "erməni soyqırımı"na həsr olunmuş mediaforumun 30-a yaxın iştirakçısı Azərbaycanın icazəsi olmadan erməni işğalı altındakı

Dağlıq Qarabağ

regionuna səfər edib.


"Report" "Kavkazskiy uzel"ə istinadən xəbər verir ki, səfər üç gün davam edib.


Səfər çərçivəsində yerli və əcnəbi jurnalistlər qondarma "Dağlıq Qarabağ Respublikası"nın "rəhbər şəxsləri" ilə görüşüb, həmçinin tapdaq altında olan Qarabağın gəzməli-görməli yerləri ilə tanış olublar.


Tədbirdə 35 ölkədən təqribən 150 jurnalist iştirak edib.