Digər
Milli.Az
26 yaşlı Zaqatala sakini zəhərlənib
Zaqatala rayon sakini dəm qazından zəhərlənib
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX)
APA-ya verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakini, 1989-cu il təvəllüdlü
Zülfiyyə Mamed qızı Məmmədovazəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, Z.Məmmədova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Zülfiyyə Məmmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az