2014-cü ildə Moskvada avtoqəzalarda 800 nəfər həlak olub
Bakı. 20 mart. REPORT.AZ/ 2014-cü ildə Rusiyanın paytaxtı Moskvada avtomobil qəzaları nəticəsində ölənlərin sayı 2013-cü il ilə müqayisədə 800 nəfər artıb.
“Report” xəbər verir ki, bu barədə
Daxili İşlər Nazirliyinin paytaxt üzrə baş İdarəsinin rəisi Anatoli Yakuninə istinadən “İnterfax” məlumat yayıb.
“Ötən il yol-nəqliyyat travmatizmi xətti üzrə vəziyyət yaxşılaşıb. Uşaqların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri 8 faiz azalıb, eləcə də, onların ölüm faktı üzrə 26,7 faiz azalma müşahidə olunur”, — deyə Yakunin bildirib.
“Lakin xüsusi narahatçılıq doğuran fakt, ağır fəsadlarla nəticələnən yol qəzalarının artmasıdır. Avtomobil qəzaları nəticəsində ölənlərin sayı 4,6 faiz artıb ki, bu da ötən il ilə müqayisədə 800 nəfər çoxdur”, — deyə Yakunin qeyd edib.
Qeyd edək ki, 2014-cü il ərzində paytaxt Bakıda 901 yol qəzası qeydə alınıb. Baş verən qəzalarda 313 nəfər ölüb, 894 nəfər xəsarət alıb.