Ölkə
Mənbə
ANS PRESS Ruslan Eldaroğlu
"20 yanvar"da qəza tıxaca səbəb oldu
Bakı şəhər 20 yanvar dairəsində yol nəqliyyat hadisəsi baş verib. 20 yanvar dairəsindəki yol ötrücüsü ilə hərəkət edən “Volkswagen” maraklı minik maşınının sürücüsü tunelə daxil olan zaman sükana nəazrəti itirib.
İdarəetmədən çıxan avtomobil onunla eyni hərəkət istiqamətində olan “Mercedes”ə çırpılıb.
Nəticədə “Volkswagen”in sürücüsü ayaq nahiyəsindən yüngül xəsarət alıb.
Yaralıya hadisə yerində ilkin yardım göstərildikdən sonra o xəstəxanaya aparılıb.
Qəza ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq da yaranıb.
Qəzaya səbəb kimi isə sürət həddinin aşılması və ara məsafəsinin qorunmaması göstərilir.
Mənbə
ANS PRESS Ruslan Eldaroğlu