Digər

2 ay əvvəl toy çaldıran gəncimizi ermənilər vurdular

Metbuat.az
Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Kazımov Etibar Xudavi oğlu martın 26-da cəbhənin Tər-tər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olub

Bunu

Trend

-in rəsmi sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.



Nazirlikdən daxil olan məlumatda deyilir: "Müdafiə Nazirliyi Mətbuat xidməti faktı təsdiq edir. Allah rəhmət eləsin!"



Qeyd edək ki, martın 26-da yerli internet portallarının birində yayılmış məlumatlarda Kazımov Etibar Xudavi oğlunun 2 ay əvvəl ailə həyatı qurduğu bildirilir.



Milli.Az