Digər

19˚ isti olacaq

Metbuat.az

Martın 27-də və 28-də Abşeron yarımadasında mülayim yaz havası, əlverişli temperatur şəraiti proqnozlaşdırılır.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, martın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.



Bakıda və Abşeron yarımadasında martın 27-də temperatur gecə 5-7˚, gündüz 11-16˚ isti olacaq.



Azərbaycanın rayonlarında da martın 27-də havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.



Aran rayonlarında temperatur gecə 4-8˚, gündüz 11-16˚, bəzi yerlərdə 19˚ isti, dağlarda gecə 2˚ şaxtadan 3˚-dək isti, gündüz 7-12˚, bəzi yerlərdə 15˚ isti olacaq.

Mənbə
ANS PRESS