Digər

17 yaşlı oğlan otaq yoldaşlarını soyub-taladı

Metbuat.az
Bakıda 17 yaşlı oğlan kirayə yaşadığı ünvanda oğurluq edib

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən

Trend

-ə verilən məlumata görə, fevralın 27-də saat 20 radələrində G.Şıxlinski küçəsində yerləşən mənzildə Masallı rayon sakini

İlqar Abbasov

un 120 manat pulu, iki ədəd mobil telefonu, Qobustan rayon sakini

Adəm Lətifov

un 80 manat pulu, mobil telefonu oğurlanıb.



Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluğu törətməkdə şübhəli bilinən, İ.Abbasov və A.Lətifovla eyni ünvanda kirayədə yaşayan Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü

Hüseyn Cəlal oğlu Əhmədzadə

müəyyən olunaraq tutulub.



Milli.Az