Digər
Mənbə
ANS PRESS
1200 illik üzükdə Allah yazısı (FOTO)
İsveçdə tapılan və 1200 il əvvələ aid olan üzük qədimliyi ilə deyil, üzərindəki yazı ilə alimlərin diqqətini çəkib.
ANS PRESS-in məlumatına görə, üzüyün üzərində ərəb dilində "Allah" yazılıb. Mütəxəssislərin fikrincə, 9-cu əsrə aid olan üzük həmin ərazidə məskunlaşan vikinqlərlə müsəlmanların ticarət əlaqələrinə sübut kimi göstərilə bilər. İddialara görə, üzüyü bir ərəb zərgarı hazırlayıb və Skandinaviyaya göndərib.
Qeyd edək ki, üzük 800-cü illərə aid olan və vikinqlərə məxsus olan "Birka" adlı ticarət mərkəzində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. 12 əsr əvvəl tapılan üzüyün üzərində yazılanları isə alimlər "Allah", "Allaha" və ya "Allah üçün" kimi oxuyublar.
ANS PRESS