Ölkə

1 baş inək alan şəxs AXTARIŞDA

Metbuat.az

Tovuz sakinindən bir baş inək alan şəxs axtarışdadır. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, cari il fevral ayının 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən bazarda naməlum şəxs Mülkülü kənd sakini Nazim İbrahimovdan 1 baş inək alıb.

 Ödəniş kimi isə ona 14 ədəd eyni nömrəli 50 manatlıq saxta əskinas verib. Faktla əlaqədar Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.