"Sabah" qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.

Metbuat.az xəbər verir ki, turnir cədvəlində qonşu olan komandalar - "Sabah" və "Səbail" qarşılaşıb. Birincilər öz meydanında rəqibini 2-0 məğlub edib.

Bu nəticənin ardından Krunoslav Renduliçin komandası xal ehtiyatını 49-a çatdırıb. "Dənizçilər" isə 42 xalda qalıb.

Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-da baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR