Mbappenin transferi rəsmiləşdi

PSJ klubu Kilian Mbappenin komandadan ayrılması ilə bağlı vida mərasimi keçirəcək.

Metbuat.az xəbər verir ki, ulduz futbolçunun “Real Madrid” klubuna keçəcəyi artıq rəsmiləşib. Fransalı futbolçu mayın 25-də “Lion”la ölkə kubokunun final görüşündən sonra azarkeşlərlə vidalaşacaq.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ forması ilə çıxdığı 46 oyunda 43 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR