Ardaya ÇL finalı ilə bağlı pis xəbər - Əgər meydana çıxmasa...

"Real Madrid" Çempionlar Liqasını qazanacağı halda, Arda Gülər medalsız qala bilər.

Metbuat.az bildirir ki, buna səbəb UEFA-nın qaydalarıdır.

2022-ci ildən tətbiq edilən qaydalara görə, yarışda qalib titulu yalnız oyunlarda forma geyinən futbolçulara aid edilir. Arda Gülər isə bu mövsüm ÇL-da heç bir matçda meydana çıxmayıb.

Odur ki, Arda finalda "Borussiya Dortmund"a qarşı da meydaana çıxmasa, medalsız qalacaq və ÇL kuboku kariyerasına daxil edilməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR