"Whatsapp"da yenilik - Başqalarına göndərmək olacaq

"Whatsapp" yeni funksiyasını təqdim etməyə hazırlaşır.

Metbuat.az bildirir ki, bu barədə "WaBetaInfo" portalı məlumat yayıb. Məlumata görə, funksiya sayəsində video mesajları üçüncü şəxsə yönləndirmək mümkün olacaq.

Lakin yeni özəlliyin mübahisəli olduğu bildirilir. Çünki sözügedən 60 saniyəlik video mesaj özəlliyi təhlükəsizlik baxımdan güvənli olduğu üçün bəyənilmişdi.

Qeyd edilir ki, istifadəçilər tərəfindən mənfi rəylər gələcəyi halda yeni funksiya deaktiv edilə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR