Zidan bu kluba məşqçi gedir

Xabi Alonsodan rədd cavabı alan "Bavariya" Zinəddin Zidanla danışıqlar aparır.

Metbuat.az xəbər verir ki, Zidan “Bavariya”nın təklifini rədd etməyib. “Marca” qəzetinin məlumatına görə, tərəflər arasında danışıqlar məhsuldar keçib. “Bavariya” təklifini rəsmən Zidana təqdim edib. Qeyd edək ki, 2020-2021 mövsümündə "Real Madrid"i çalışdıran Zinəddin Zidan ondan sonra heç bir klubda işləməyib.

Fransa millisini çalışdırmaq istəyən Zinəddin Zidan buna qədər klub təkliflərini rədd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR