"Real"da çıxış edən ulduz futbolçu ​"Qalatasaray"a transfer olur

"Qalatasaray" "Real Madrid"də icarə əsasında çıxış edən təcrübəli hücumçu Joselunu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Joselunun müqavilə ilə məxsus olduğu “Espanyol” klubunun futbolçunu göndərməyə hazır olduğu və transfer üçün heç bir çətinlik yaratmayacağı bildirilib. "Qalatasaray" Joselu üçün təxminən 2 milyon avroluq təklif irəli sürdüyü bildirilir. Xoselunun İspaniya təmsilçisindən ayrılaraq Türkiyəyə gəlmək fikrində olduğu bildirilib.

Qeyd edək ki, mövsümün əvvəlində 1 illik icarə əsasında “Real Madrid”in heyətinə qatılan Joselu 43 matçda meydana çıxıb. Təcrübəli forvard bu matçlarda 13 qol və 3 məhsuldar ötürmə ilə komandasına töhfə verib. Forvard karyerasında “Alaves”, “Stok”, “Nyukasl”, “Deportivo La Koruna”, “Hannover”, “Hoffenhaym”, “Frankfurt” və “Selta Viqo” kimi komandalarda da çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR