"Zirə" "Araz-Naxçıvan"a uduzdu - Premyer Liqa

Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, sonuncu matçda "Zirə" "Araz-Naxçıvan"ı qəbul edib. Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib - 1:0. 89-cu dəqiqədə İqor Ribeyro fərqlənib.

Paytaxt klubu 49 xalla 4-cü, qonaqlar 35 xalla 8-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, daha öncə "Neftçi" "Turan Tovuz"u (3:0), "Sabah" "Səbail"i (2:0), "Kəpəz" "Qəbələ"ni (1:0), "Sumqayıt" "Qarabağ"ı (1:0) məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR