"Barselona" 10 milyonluq futbolçuyla 1 milyardlıq müqavilə imzalayır

"Barselona" gənc müdafiəçisi Pau Kubarsi ilə yeni müqavilə imzalamaq istəyir.

Metbuat.az xəbər verir ki, yeni müqavilədə Cubarsinin sərbəst qalma müddəasının 1 milyard avro olacağı bildirilir. "Athletic"in məlumatına görə, müdafiəçinin 2026-cı ildə başa çatacaq müqaviləsinin uzadılması planlaşdırılır. Həmçinin müqaviləyə 1 milyard avroluq və yeni sərbəst qalma maddəsinin əlavə ediləcəyi bildirilib. Hazırki müqavilədə onun sərbəst qalma məbləği 10 milyon avrodur. Qeyd edək ki, “Barselona” bundan əvvəl Lamine Yamal ilə müqaviləni uzadıb.

Kataloniya komandası gənc ulduzun sərbəst qalma məbləğini 1 milyard avro qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR