Sizə ürək ağrısı ilə bir lətifə danışım. (niyəsini deyəcəm)
"Bir gün Molla Nəsrəddin arvadı ilə toydan qayıdırmış. Arvadın varı-yoxu üstündəymiş. Quldurlar yolu kəsir. Yerdə bir cızıq çəkib deyirlər, Molla, ayağını bu cızıqdan kənara qoysan, özünü ölmüş bil. Xülasə, arvadın qızılını-gümüşünü, palını-paltarını soyub aparırlar, Mollanın səsi çıxmır. Onlar gedəndən sonra arvad özündən çıxır ki, sən nə təhər kişisən, məni lüt-üryan etdilər, səsini çıxarmadın. Molla deyir, arvad, xəbərin yoxdur, səni soyanların evini yıxmışam. Arvad qalır mat-məəttəl. Soruşur, a kişi, necə yıxdın evlərini? Molla deyir, arvad, sizin başınız qarışıq olanda düz üç dəfə ayağımı cızıqdan kənara çıxarıb geri qoymuşam.."
Gülmək gərək deyil, bugünki hadisələrin fonunda bu lətifəni yada salıb sadəcə ağlamaq lazımdır. Bu gün Zəhranın qisasını almaq üçün Sarkisyanın başına eşşək şəkli qoyuruq, üzündə qan işarəsi ilə "fotoşop" düzəldirik, nə bilim, cürbəcür fotomontajlar edirik. Ədəbiyyata töhfələr veririk. Guya bu yolla qisas alırıq.
Bu qisas deyil, hətta bu qisası aşağılamaqdır. Bu gün bizim Zəhra üçün etdiklərimiz mollanın ayağını cızıqdan kənara qoyması kimi bir şeydir.
Özümüzü aldatmamalıyıq. Bu gün Zəhranın atasının düşdüyü vəziyyətə sabah da biz düşə bilərik - evin cəbhəyanı bölgədə yerləşməsindən asılı olmayaraq.
Bu "dığa"lar ən sərt şəkildə cəzalandırılmalıdır.
Bu gün dünyanın dörd bir yanında terrorla mübarizə tədbirləri həyata keçirilir. Biz müharibəyə yox, anti-terror əməliyyatlarına başlamalıyıq.
Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır, elə isə bizim torpaqlarımıza soxulmuş terrorçulara qarşı tədbirlər görəcəyimiz halda, bizə hansı ölkə bir söz deyə biləcək?!
Qardaş Türkiyəni, Pakistanı da anti-teror tədbirlərinə yardım etməyə səsləməliyik.
Vətənimin şəhid Zəhrası Suriyadakı teror qurbanı olmuş bütün uşaqlardan daha çox ağrıdır məni.
Bizim nicat yerimiz heç nəyə yaramayan, ATƏT-in Minsk qrupu deyil. Bu qrupun adını “TURİST” qrupu qoymaq daha yaxşı olardı...
Mən Sarkisyanın başına eşşək şəkli qoyulmağının, üzünü qaraltmağın, şeirlər yazılmağının, hekayələr qoşulmağının və s. əleyhinə deyiləm. Bunlar lazımdır, amma bunlar anti-terror əməliyyatı ilə bir yerdə lazımdır. Yoxsa təkcə bunlar yenə də "Mollanın söhbəti"nə qayıdır.
Bir olmağın və düşmənlərin qarşısına dikilib, ermənilərə yüz qat ağır zərbə vurmağın vaxtıdır, yoxsa Zəhralarımız çox olacaq...
Montaj ilə qisas olmur, atam!
Həmçinin oxu
İyulun 14-nün havası açıqlandı
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək
Bu gün
·
13:26
İyulun 14-nün havası açıqlandı
Bu gün
·
13:00
Bu bürcləri xoş xəbərlər gözləyir
Bu gün
·
12:41
FIFA-dan mübahisəli epizod barədə açıqlama
Bu gün
·
12:18
Prezident IV Şuşa Qlobal Media Forumunda iştirak etdi
Bu gün
·
12:16
Bakıda körpə 3-cü mərtəbədən yıxıldı
Bu gün
·
11:52
Milli Məclis Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib
Bu gün
·
11:30
İlham Əliyev Monteneqro Prezidentini təbrik etdi
Bu gün
·
11:28
DİN vətəndaşlara çağırış etdi
Bu gün
·
11:06
Milli Məclisin növbəti iclası başladı
Bu gün
·
11:03
IV kurs tələbəsi vəfat etdi
Bu gün
·
10:55
İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu
Bu gün
·
10:33
Ermənistana buğda göndəriləcək
Bu gün
·
10:24
Pensiyalar bu tarixdə ödəniləcək
Bu gün
·
10:05
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - Prezident
Bu gün
·
09:59