Teleaparıcı Hacı Nuran Naxçıvana səfəri zamanı uzun müddətdir ictimaiyyət arasında görünməyən Seymur Talıbovla görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Hacı Nuran sosial media hesabında paylaşım edib. O, Seymur Talıbovla səmimi söhbət etdiyini və görüşün xoş təəssürat yaratdığını bildirib:
“Seymur Talıbov yüksək dünyagörüşü, savadı, mədəni davranışı və insanlarla ünsiyyət qurmaq bacarığı ilə seçilən ziyalılardandır. Söhbət zamanı onun Naxçıvanın inkişafı, dövlətçilik ənənələri və ölkəmizin gələcəyi ilə bağlı fikirlərində məsuliyyətli yanaşması xüsusi diqqətimi çəkdi”.
Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırış deputatı olub.