“Fənərbaxça” müdafiəçisi Çağlar Söyüncü ilə yollarını ayırmağa hazırlaşır.
Metbuat.az xəbər verir ki, baş məşqçi İsmail Kartalın planlarında yer almayan təcrübəli futbolçunun komandadan ayrılması gündəmdədir. İddialara görə, İstanbul klubunun rəhbərliyi müdafiə xəttini yenilədikdən sonra Çağlarla vidalaşmağı planlaşdırır. Onun mümkün əvəzedicilərindən biri “Alanyaspor”un 22 yaşlı müdafiəçisi Ümit Akdağdır. Bildirilir ki, “Fənərbaxça” daha əvvəl də gənc futbolçu ilə bağlı “Alanyaspor”la ilkin əlaqə saxlayıb.
Qeyd edək ki, Ümit Akdağ ötən mövsüm bütün turnirlərdə 36 oyunda forma geyinərək 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Çağlar Söyüncü isə 2025-2026 mövsümündə “Fənərbaxça”nın heyətində 19 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.