UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçı başlayıb.

Metbuat.az-ın məlumatına görə, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.

Qeyd edək ki, komandalar arasında ilk matç Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.