Zığ-Hövsan-Hava limanı yolunda quraşdırılan yeni elektron qurğular sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Metbuat.az xəbər verir ki, bəzi istifadəçilər cihazların avtomobilləri arxadan çəkən yeni radarlar olduğunu iddia ediblər.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, sözügedən qurğular sürətölçən deyil. Onlar nəqliyyatın hərəkət intensivliyini ölçmək və yol axınını monitorinq etmək üçün istifadə olunur.
Qeyd edilib ki, cihazların inzibati xəta ilə bağlı elektron protokol tərtib etmək funksiyası yoxdur.