Omanın Dhofar əyalətində Hallaniyat adaları yaxınlığında quruya çıxan “Caroline Bezengi” gəmisindən neft sızması baş verib.

Metbuat.az xəbər verir ki, sızma nəticəsində dənizin təxminən 390 kvadrat kilometr ərazisi çirklənib. Çirklənmə Hallaniyat adalarının şimal-şərqindən materik sahilinə doğru yayılıb və ən yaxın nöqtədə sahildən 7 kilometr məsafəyə çatıb. Mövcud hava və dəniz şəraitinə əsasən neft sızmasının əsasən şimal-şərq istiqamətində hərəkət etdiyi bildirilir. Məlumata görə, çirklənmənin 48 saat ərzində təxminən 121 kilometr irəliləyə biləcəyi proqnozlaşdırılır.

Hazırda neft yükünün gəmidən təhlükəsiz şəkildə çıxarılması və daha sonra gəminin ərazidən götürülməsi üçün tədbirlər hazırlanır.