Ukraynada 20 il ərzində istifadəsiz qalan 100 illik evdə tarixi əşyalar aşkarlanıb.

Metbuat.az xəbər verir ki, hadisə Rivne vilayətinin Kostopil şəhərində yaşayan Alla Kiptelin Velıka Lyubaşa kəndində yerləşən tarixi mülkü satın almasından sonra baş verib. Məlumata görə, təxminən 20 ildir istifadə olunmayan taxta evin bərpasına başlanılıb. Kiptel və həyat yoldaşı ərazidə təmir və abadlıq işləri aparıblar. Onun sözlərinə görə, ailəsinin əcdadları da vaxtilə bu ərazidə yaşayıb.

Evin ilkin baxışı zamanı əvvəlki sahiblərdən qalan tarixi əşyalar aşkar edilib. Mülkdə köhnə İncil, həmin dövrə aid tablolar və yaxşı vəziyyətdə qalmış taxta sandıq tapılıb. Ailə bu əşyaları qoruma altına alaraq bərpa işlərindən sonra evdə saxlamaq qərarına gəlib. Məqsəd tarixi tikilinin ilkin görünüşünü və özünəməxsusluğunu mümkün qədər qorumaqdır.