Şəmkir rayonunda sürücü sükan arxasında ölüb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 6-sı saat 18 radələrində Şəmkir şəhəri ərazisində baş verib.

Şəhər sakini 1968-ci il təvəllüdlü Natiq Əlirza oğlu Əsgərov idarə etdiyi VAZ-21074 markalı avtomobildə hərəkətdə olarkən qəfil halı pisləşib və maşın səkiyə çırpılıb. Sürücü ürək çatışmazlığından sükan arxasında dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.