Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.

Məlumata görə, d57 mm-lik qaz xəttində sızmaların ləğv edilməsi ilə əlaqədar qəsəbə ərazisində bu gün saat 11:00-dan etibarən təmir işləri həyata keçiriləcək.

Bununla əlaqədar qəsəbədəki 1500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.