Futbol üzrə dünya çempionatının yarımfinal mərhələsində keçirilən İngiltərə – Argentina qarşılaşmasında ilk hissə başa çatıb.
Metbuat.az xəbər verir ki, ABŞ-ın Atlanta şəhərində yerləşən stadionda keçirilən görüşün ilk 45 dəqiqəsində tərəflər hesabı aça bilməyiblər – 0:0.
Matçı ABŞ-dan olan FIFA referisi İsmail Elfat idarə edir.
Qeyd edək ki, yarımfinalın qalibi finalda çempionluq uğrunda mübarizə aparacaq.