Gəncə Dövlət Universitetinin baş müəllimi Kəmalə İsayeva vəfat edib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 44 yaşında olan müəllimin beyinə qan sızması nəticəsində dünyasını dəyişdiyi bildirilir.
K.İsayeva bakalavr və magistr təhsilini GDU-da alıb. 2004-cü ildən universitetdə müəllim işləyib. 2009-cu ildən isə GDU-nun baş müəllimi olaraq fəaliyyət göstərib. Allah rəhmət etsin!
Davud Tarverdiyev / Metbuat.az