Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 15-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Metbuat.az xəbər verir ki, Slovakiya Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub.
Prezident Peter Pelleqrini, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.