Bu ilin iyun ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 881 min 295 nəfər olub.
Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Onların 476 min 224 nəfərini aylıq sosial müavinət, 405 min 71 nəfərini isə təqaüd alanlar təşkil edib.