Göyçayın Qarabaqqal kəndində fəaliyyət göstərən it sığınacağında sahibsiz heyvanların sağlamlığının qorunması istiqamətində növbəti tədbirlər həyata keçirilib.
Metbuat.az-ın bölgə müxbirinin xəbərinə görə, bu barədə sığınacağın rəhbəri Könül Mustafayeva məlumat verib.
O bildirib ki, sığınacaqdakı sahibsiz itlər quduzluğa qarşı vaksinasiya olunur, onların qısırlaşdırılması və birkalanması həyata keçirilir. Eyni zamanda, sığınacaq ərazisində mütəmadi dezinfeksiya işləri aparılır. K. Mustafayeva qeyd edib ki, görülən tədbirlər sahibsiz heyvanların sağlamlığının qorunmasına, onların nəzarətdə saxlanılmasına və sanitariya-gigiyena tələblərinin təmin edilməsinə xidmət edir.
Sığınacağın rəhbəri həyata keçirilən işlərə göstərilən dəstəyə görə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Orxan Mürsəlova və bu prosesdə iştirak edən şəxslərə təşəkkürünü bildirib.
Davud Tarverdiyev / Metbuat.az