Avstriyanın Karintiya bölgəsində Rudolf Sçaubaç adlı ixtiraçının qoyunları canavar hücumlarından qorumaq məqsədilə hazırladığı 3 kiloqramlıq “mismarlı plastik zireh” layihəsi Avropada geniş müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, “dişləyən qurd peşman olacaq” prinsipi ilə təqdim edilən bu zirehin üzərində heyvanı dişləməyə çalışan qurdun ağzına batacaq 2,5 santimetr uzunluğunda 60 ədəd mismar yer alır. İnnovativ ideya müəllifi bu qeyri-adi geyimin qurdları qorxudacağını iddia etsə də, sahənin mütəxəssisləri və təcrübəli çobanlar eyni fikirdə deyillər.

Qoyunçuluqla məşğul olan şəxslər bu systemin heyvanlar üçün ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edərək, layihənin riskli tərəflərinə diqqət çəkirlər.