Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nəzarətsiz ərazidə batan 1998-ci il təvəllüdlü Adıgözəl Ehtibar oğlu Mustafayevin meyiti dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.