Gəncədə yük maşınları qəza törədib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Səbuhi Əliyev küçəsində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan "KAMAZ" markalı avtomobil TIR nişanlı maşınla toqquşub.
Qəza zamanı xoşbəxtlikdən xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.
Davud Tarverdiyev / Metbuat.az