ABŞ və bir sıra Avropa ölkələri Patriot zenit-raket kompleksləri üçün PAC-3 raketlərinə xidmət göstərəcək Avropa Mərkəzinin yaradılması barədə saziş imzalayıblar.

Metbuat.az xəbər verir ki, məlumata görə, bunu "Władysław Kosiniak-Kamysz" açıqlayıb. Onun sözlərinə görə, sazişi ABŞ, Almaniya, Niderland, İsveç və Polşa imzalayıb.

Nazir bildirib ki, yeni mərkəz raketlərin istehsal və texniki xidmət imkanlarını artıracaq, həmçinin onların istehsalı və təmirini sürətləndirəcək.

Kosinyak-Kamış vurğulayıb ki, məqsəd təkcə müasir silahlar almaq deyil, həm də onların Avropada, o cümlədən Polşanın iştirakı ilə istehsalı və texniki xidmətini təmin etməkdir.