İyulun 8-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.