Bu ilin iyun ayında ailə başçısını itirməyə görə 191 624 nəfər şəxsə pensiya və müavinət ödənilib.
Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata görə, onların 139 182 nəfəri pensiya, 52 442 nəfəri isə müavinət alıb.