ABŞ Çinlə mümkün qarşıdurma ssenarilərinə hazırlıq çərçivəsində yeni uzaqmənzilli raket layihəsinə start verib.

Metbuat.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin hazırladığı AFLRW (Air Force Long-Range Weapon) proqramı çərçivəsində təxminən 1850 kilometr mənzilə malik hava-hava raketi hazırlanır. Bildirilir ki, yeni raketin əsas məqsədi döyüş zonasına daxil olmadan düşmənin arxa cəbhəsində yerləşən erkən xəbərdarlıq (AWACS), tanker, komandanlıq və idarəetmə təyyarələrini sıradan çıxarmaqdır. Məlumata görə, bu raketin mənzili ABŞ-ın AIM-174B raketinin 400 kilometrlik, Çinin PL-15 raketinin isə 250 kilometrlik mənzilini xeyli üstələyir.

Qeyd olunur ki, yeni raketlərin gələcəkdə ABŞ-ın B-21 Raider strateji bombardmançılarında da istifadə edilməsi planlaşdırılır.