Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki hadisə ötən gün rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü rayon sakini Amid Əsgərovu minik avtomobili vurub. O aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.