Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənov Həkəri çayında çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.