Sumqayıtda 20 yaşlı qadın dənizdə boğulub.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə iyulun 3-də Sahil küçəsində yerləşən çimərlikdə baş verib.

Məlumata görə, 20 yaşlı şəhər sakini M.İsmayılovanın meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.