Bərdə-Ağdam-Xankəndi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, qəza Uzundərə ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.