Ucar rayonunda şəhidimizlə vida mərasimi keçirilir.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən 53 yaşlı şəhid Musayev Dəyanət Salik oğlu ilə Ucar rayon Boyat kəndində şəhidin doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirilir.
Xatırladaq ki, şəhid D.Musayev 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Davud Tarverdiyev / Metbuat.az