Göyçay şəhərində Polis Günü qeyd olunub.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahır Əfəndiyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.

Göyçay Rayon Polis Şöbəsinin rəisi polis-polkovniki Müqalib Abdiyev şəxsi heyətə Azərbaycan Respublikası Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun təbrikini çatdırıb.

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov ölkəmizdə daxili sabitliyin, qanunun aliliyinin və ictimai təhlükəsizliyin təminatçısı olan Azərbaycan Polisinin keçdiyi çətin və şərəfli yoldan danışıb, cənab nazir general-polkovnik Vilayət Eyvazov başda olmaqla bütün şəxsi heyəti təbrik edib.

Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahır Əfəndiyev Azərbaycan Polisi Günü münasibətilə tədbir iştirakçılarına xoş arzularını çatdırıb.

Göyçay Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı medal, fəxri fərman və təşəkkürnamə ilə təltif edilib.

Davud Tarverdiyev / Metbuat.az