Avropa İttifaqı (Aİ) Bakıda regional bağlantı məsələlərinə dair konfransın keçirilməsini təklif edir.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.
"Biz Bakıda Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən bir tədbir olacaq Regional Bağlantı üzrə Konfransın keçirilməsini təklif edəcəyik", - o bildirib.